
Antalya hava limanı Rusiya təyyarəsi ilə bağlı yaşanan insidentdən sonra uçuşları bərpa edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Rusiyanın “Azimut” şirkətinin təyyarəsi ilə insidentdən sonra Antalya Beynəlxalq Hava Limanı uçuşların qəbulunu bərpa edib. Bunu hava qovşağının onlayn ekran məlumatları da sübut edir.
Qeyd edək ki, Türkiyənin Nəqliyyat Nazirliyi noyabrın 25-i saat 03:00-dək təyyarələrin qəbulunun dayandırıldığını bildirmişdi. Bunun ardınca Antalya hava limanına yan alan təyyarələr Ankara və İzmirə göndərilib.
Məlumat üçün bildirək ki, noyabrın 24-də Azimut Hava Yollarına məxsus A45051 reysi ilə Soçidən uçan Sukhoi Superjet 100 təyyarəsi Antalya hava limanına eniş edərkən yanıb. Yanğın tez bir zamanda söndürülüb.
Mehman Mehdiyev