
"Türkiyə dəstəkli Azad Suriya Ordusu (ÖSO) və Heyət Təhrir əl-Şam (HTŞ) silahlı birləşmələri İdlib istiqamətindən Hələb şəhəri, M5 magistral quru yolunu yenidən geri qaytarılması üçün əməliyyatlara başlayıb.
Vaxtilə Rusiya və Türkiyə arasında razılaşmaya görə Hələbdən müxaliflərin avtobuslarla çıxarılması görüntüləri hamının yadında olar. Onda Türkiyə bu prosesi təşkil etmişdi. M5 yolunun ətrafından isə 25km-lik təhlükəsizlik zolağı yaradılmışdı. Hər tərəfə 12,5km olmaqla.
Türkiyənin öncədən Suriya ərazisində qurduğu 20-yə yaxın hərbi məntəqələrdən bir neçəsi də Suriya ordusunun nəzarət etdiyi ərazilərdə qalmışdı ki, indi də ordadır.
Rusiyanın indiki zəif durumundan və ABŞ-da aralıq dövrdən istifadə edilərək Suriyada əməliyyatlara başlayan Türkiyə artıq Hələb şəhərinin girəcəyindədir. Şəhərin tezliklə alınacağı mütləqdir. Bəşər Əsəd Rusiyaya kömək üçün Putinin yanına gedib".
Newscenter.az xəbər verir ki, bunu ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib. O bildirib ki, bu hücum həm çoxdan hazırlanırdı, həm də gözlənilirdi:
"Məsələ Azərbaycan və Türkiyənin Rusiyanın cavab reaksiyasını planlaşdırmasıdır. Hesab edirəm ki, son dövrlər Türkiyənin Azərbaycan lehinə olmayan bir neçə xırda hərəkətləri bu hücumdan sonra Rusiyanın Azərbaycana ola biləcək təzyiqlərini azaltmaq üçün edilib. Rusiya görsün ki, Türkiyə Azərbaycandan nisbətən soyuyub və aralarında soyuqluq yaranıb. Son dövrlər Azərbaycan mediasında olan müəyyən gedişlərin də buna hesablandığı qənaətindəyəm. Azərbaycan Türkiyənin əməliyyatlarına kənardan zəmin yaradır".
Süleyman