Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda baş verənlər demokratiyanın təzahürüdür

Gürcüstanda baş verənlər demokratiyanın təzahürüdür


"Gürcüstanda baş verənlər birmənalı şəkildə demokratiyanın təzahürüdür və gürcü xalqı öz taleyinə qarşı mübarizəyə qalxıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, postsovet məkanında Gürcüstan bütün dövrlərdə fərqlənib və məhz Gürcüstanda iqtidar və müxalifət arasında hər zaman siyasi baxımdan açıq şəkildə mübarizə olub:

"Xalq bu mübarizədə hər zaman öz seçimini edə bilib. Bu gün Gürcüstanda baş verənlər təsadüfi deyil və gürcü xalqı öz gələcəyini təmin etmək üçün Rusiya yönümlü hakimiyyətə qarşı etiraz edir. Burada ən maraqlı məqam odur ki, ölkə prezidenti də müxalifətin yanındadır və bu onun xalqla birlikdə olduğunu göstərən amildir".

Ekspert hesab edir ki, etirazlar davam edəcək:

"Hökumət başçısının bir sözü ilə ayağa qalxan xalqın qarşısında, mütləq ki, hökumət geri addım atacaq. Əks təqdirdə inqilab olacağı və vəziyyətin nəzarətdən çıxacağı gözlənilir və xalqın tələbi ilə hökümət istefaya göndərilə bilər".

Anar Əliyev
Xəbəri paylaş