Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Suriyanın xaotik vəziyyətə yuvarlanmasında İranın da xidmətləri böyükdür

Suriyanın xaotik vəziyyətə yuvarlanmasında İranın da xidmətləri böyükdür


İranın xarici işlər naziri Suriyadakı silahlı qrupları "qanuni müxalifət" adlandıraraq onlarla danışıqlara başlamağa çağırıb.

Bu Tehranın məğlubiyyətlə barışmağı və Bəşər Əsəddən üz döndərməsi anlamına gəlir.
Heç kimə sirr deyil ki, Suriyanın xaotik vəziyyətə yuvarlanmasında Qərblə yanaşı İranın da xidmətləri böyükdür.

Molla rejimi Şiə hilalı idalogiyası, müqavimət oxu ilə İraqda, Suriyada və Livanda siyasi istiqrarsızlığa zəmin yaratdı.

Məhz bu səbəbdən hər üç ölkədə mərkəzi hakimiyyət zəif qaldı və dövlətin idarə olunmasında militarist qruplaşmaların mövqeyi gücləndi.

İndi isə Türkiyə faktoru Suriyada əsas söz sahibi təsiri bağışlayır və Azad Suriya ordusu sürətlə Şama doğru irəliləyir. Bu gedişlə Əsəd rejiminin ömrünün bitməsinə saylı günlər, hətta saatlar qalıb.

Müxaliflərin irəliləyişi davam edərkən digər bir güc, PKK-nın Suriya qolu YPG və PYD torpaqlarını genişləndirir. Hesab edirəm ki, sonrakı mərhələdə bu iki güc arasında da genişmiqyaslı hərbi toqquşmalar baş verəcək.

Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri
Xəbəri paylaş