Birləşmiş Ştatlarin yeni seçilmiş prezidenti Donald Tramp deyib ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarətə ehtiyacı var.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Donald Tramp Ken Hoverinin Danimarkaya səfir təyin edilməsini elan edən bəyanatında açıqlayıb.
"Mən Ken Hoverini Birləşmiş Ştatların Danimarkadakı səfiri vəzifəsinə seçdiyimi elan etməkdən məmnunam. Bütün dünyada milli təhlükəsizlik və azadlıq maraqlarına uyğun olaraq, Birləşmiş Ştatlar Qrenlandiyaya sahiblik və nəzarətin tamamilə onda olacağına inanır",-deyə Tramp bildirib.
Trampın ilk prezidentliyi dövründə Amerika mediası onun Danimarkanın tərkibində olan və geniş muxtariyyət hüquqlarına malik Qrenlandiyanın əldə edilməsi imkanları ilə maraqlandığını yazıb. Bundan sonra krallığın səlahiyyətliləri Qrenlandiyanın satışını müzakirə etməkdən imtina etdilər.
Mehman Mehdiyev