ABŞ prezidenti Co Bayden yenidən səhvə yol verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, Keçmiş Ağ Ev rəhbəri ilk sammitin tarixini Rusiya prezidenti Vladimir Putinlə səhv salıb. Belə ki, Ağ Evdə ABŞ Konqresinin yeni Demokrat üzvləri qarşısında çıxış edən Bayden, Kreml rəhbərini 47 ildən artıqdır tanıdığını iddia edib.
Co Bayden çıxışı zamanı digər bir səhvə də yol verib. O, səhvən Cənubi Koreyaya deyil, Şimali Koreyaya səfər etdiyini deyib.
Qeyd edək ki, 2024-cü ilin iyununda isə Bayden ABC telekanalına müsahibəsində Rusiya prezidentini 40 ildən artıqdır tanıdığını iddia edib.
Mehman Mehdiyev