İranda plastik əməliyyat üçün yaş həddi 14-ə endirilib.
Newscenter.az İran Tələbələr Xəbər Agentliyinə (İSNA) istinadən bildirir ki, bu barədə
İran Rinologiya Dərnəyinin İdarə Heyətinin üzvü İbrahim Rezmpa bildirib. O qeyd edib ki, estetik əməliyyatlar üçün yaş həddi qızlar üçün 14, oğlanlar üçün isə 16 yaşa endirilib.
Daha əvvəl yaş məhdudiyyətinin 18 olduğuna diqqət çəkən Rezmpa, bu baxımdan yaşla yanaşı böyümə, fiziki və psixoloji inkişafın, mənəvi və şəxsi yetkinliyin də təsirli olduğunu bildirib.
Plastik əməliyyatlarda nəzərəçarpacaq artım olduğunu deyən Rezmpa ölkədə aparılan plastik əməliyyatların sayı ilə bağlı məlumat verməyib.
Hesab olunur ki, İranda plastik əməliyyatların artmasının arxasında həmyaşıdların zorakılığı, media və mədəni təsirlər dayanır.
Anar Əliyev