Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

20 Yanvar qəhrəmanlıq, rəşadət səhifəsidir

20 Yanvar  qəhrəmanlıq, rəşadət səhifəsidir


"20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindən Azərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədən planlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan haqlarını pozan cinayət idi".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Anar Məmmədov deyib. O qeyd edib ki, hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan Respublikasının müstəqilliyi uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur:

"Həmin gün Azərbaycan xalqının azadlıq uğrunda mübarizliyini təcəssüm etdirir.20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların tırtılları altında əzmək idi".


Anar Əliyev
Xəbəri paylaş