
Türkiyədən 2024-cü ildə 323 min 243 ton yerli fındıq ixracının 27,3 faizi Almaniyaya edilib.
Newscenter.az Qara Dəniz Fındıq və Məmulatları İxracatçıları Birliyinə istinadən xəbər verir ki, dünya fındıq istehsalının əhəmiyyətli bir hissəsinə sahib olan Türkiyə keçən il 130 ölkəyə fındıq ixrac edib.
İxrac edilən 323 min 243 ton fındıqdan 2 milyard 635 milyon 868 min 856 dollar mənfəət əldə edilib.
Məlumata görə, Almaniyaya edilən fındıq ixracatından 705 milyon 443 min 110 dollar gəlir əldə edilib ki, bu da Türkiyənin fındıq ixracının 27,3 faizinə bərabərdir.
Ən çox fındıq ixrac edilən ölkələr arasında İtaliya ikinci, Polşa isə üçüncü yerdədir.
Türkiyənin son illərdə fındıq ixracatında ən çox irəliləyiş əldə etdiyi bazarlardan biri də Çin Xalq Respublikası olub. Şimali Afrika və Yaxın Şərq ölkələrinə də satışlarda nəzərəçarpacaq artım var.
Ötən il ən az ixrac Niger, Çad və Nigeriyaya edilib.
Anar Əliyev