Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər

Azərbaycan-Gürcüstan münasibətlərini yeni prioritetlər üzrə inkişaf etdirirlər


Azərbaycan-Gürcüstan münasibətlərinin tarixi çox qədimlərə gedib çıxır. İki ölkə arasındakı dostluq, qardaşlıq münasibətləri bir çox dövlətlər üçün nümunədir. Strateji tərəfdaşlıq əlaqələrimiz ildən-ilə güclənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Azərbaycana son işgüzar səfəri də bunu sübut etdi.

Yanvarın 17-də Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin ölkəmizə səfəri münasibətlərin hazırkı inkişaf səviyyəsinin təqdimatında mühüm rol oynadı. Belə ki, bu səfər Gürcüstanda keçirilən parlament seçkilərindən sonra ilk xarici səfər idi. Gürcüstanın Baş nazirinin ilk xarici səfərini məhz Azərbaycana etməsi ölkələrimiz, xalqlarımız arasında dostluğu, qardaşlığı bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycan və Gürcüstan iqtisadiyyatı Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq əhəmiyyətli çıxış qapıları kimi işləyir. Hər iki dövlət regiondan keçən çoxməqsədli logistika və tranzit yollarından istifadə edərək beynəlxalq ticarətin inkişafında əsas rol oynayır.

Hər iki liderin beynəlxalq arenada verdiyi bəyanatlar, regionda sabitliyi qorumaq və yeni çağırışlara cavab vermək baxımından birgə addımları ön planda tutduqlarını göstərir. Bunun nəticəsi olaraq, Azərbaycan və Gürcüstan çətinliklərə baxmayaraq, bərabərhüquqlu dialoqu qoruyub saxlayırlar. Bu siyasət nümunəsi digər region dövlətləri üçün də ilham mənbəyi ola bilər. Bu gün hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər biribirinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan və Gürcüstan arasında ticarət-iqtisadi əməkdaşlığa ənənəvi olaraq böyük əhəmiyyət verilir, bu əlaqələrin genişlənməsi istiqamətində daimi işlər aparılır.

Regionun gələcəyi əməkdaşlıqdadır. Gürcüstan bu reallığı yaxşı dərk edir və Azərbaycanla əlaqələrini daha da gücləndirir. Azərbaycan Gürcüstanın beş ən böyük iqtisadi tərəfdaşından biridir, ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. İki ölkə həm regional, həm də qlobal əhəmiyyətli layihələri birgə həyata keçirir. Azərbaycan nefti və qazı Gürcüstandan keçir, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizi Gürcüstan ərazisindən keçir və yaxın vaxtlarda elektrik enerjisi dəhlizinin çəkilməsi işlərinə başlanacaqdır. Ümumi ixracın 10 faizi Gürcüstanın payına düşür. Həmçinin, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Hər iki ölkənin mənafeyinə uyğun olan Orta Dəhliz layihəsi böyük coğrafiyanı əhatə edən layihədir. Orta dəhliz hazırkı geosiyasi şəraitdə Avropa ilə Asiya arasında əlaqə üçün xüsusi əhəmiyyət kəsb edir.

Bu görüş Azərbaycan və Gürcüstan arasındakı əlaqələrin strateji gücünü bir daha nümayiş etdirdi. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarını deyil, həm də geniş bir regionun gələcək inkişafını əhatə edir. Siyasi, iqtisadi və mədəni sahələrdə uğurlu əməkdaşlıq bu tərəfdaşlığın davamlı və sarsılmaz olduğunu göstərir.

Dövlət başçımız Azərbaycanın Gürcüstanla ikitərəfli əlaqələrə xüsusi əhə¬miy¬yət verildiyini, ikitərəfli əməkdaşlığı bütün istiqamətlər üzrə dərinləşdirməyə və genişləndir¬məyə maraqlı ol¬du¬ğunu, iki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoqun ikitərəfli əməkdaşlığın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi naliyyətlərin əsasını təşkil etdiyini, bu gün Azərbaycan-Gür¬cüs¬tan əlaqələrində fəal iş birliyinin müşahidə edilməyən hər hansı bir sahənin mövcud olmadığını da diqqətə çatdırdı.



ARZU ƏLİYEVA
YAP Pirallahı rayon təşkilatı Aparatının məsul əməkdaşı
Xəbəri paylaş