Tayvanda 5,6 bal gücündə zəlzələ baş verib.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, yeraltı təkanlar səhər saatlarında qeydə alınıb.
Belə ki, Tayvanın cənub-qərbində Çiayi əyalətində 5,6 bal gücündə zəlzələ olub.
Mərkəzi Meteorologiya Bürosunun (CWA) verdiyi açıqlamada, episentrinin Çiayi şəhər mərkəzindən 40,5 kilometr cənub-şərqdə, Dapu rayonunda olan zəlzələnin 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Qeyd edilib ki, 5,6 bal gücündə baş verən zəlzələ yanvarın 21-də Çiayi əyalətinin Dapu rayonunda baş vermiş 6,4 bal gücündə zəlzələdən sonra baş verən təkanlardan biridir.
Zəlzələdən sonra maqnitudası 3,2 ilə 4,3 arasında olan beş yeraltı təkan qeydə alınıb.
Mehman Mehdiyev