Ötən ilin noyabrında Türkiyənin neft idxalı 2,3 faiz azalıb.
Newscenter.az Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumuna (EPDK) istinadən bildirir ki, Türkiyənin cəmi neft və neft məhsulları idxalı noyabr ayında bir əvvəlki ilin eyni ayına görə yüzdə 2,3 azalaraq 4 milyon 59 min 202 tona çatıb. Bu dövrdə xam neft və neft məhsullarının ən çox idxalı Rusiya, İraq və Qazaxıstandan olub.
Türkiyənin ümumi neft idxalında ən böyük maddəni təşkil edən xam neft idxalı yüzdə 12,4 azalaraq 2 milyon 597 min 929 olub. ton təşkil edib.
Bu dövrdə dizel növlərinin idxalı 30 faiz artaraq 1 milyon 18 min 115 tona çatıb.
İdxalın qalan hissəsini aviasiya və dəniz yanacağı, benzin və mazut növləri və digər məhsullar təşkil edib.
Mehman Mehdiyev