2024-cü ildə Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında ticarət dövriyyəsi 23 milyard dolları ötüb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Rusiyanın baş naziri Mixail Mişustin Astanada qazaxıstanlı həmkarı ilə görüşündə bildirib.
O deyib ki, Rusiya Qazaxıstanın xarici ticarət tərəfdaşları arasında lider mövqe tutur:
"Ticarət dövriyyəsi 12 trilyon 700 milyard tenge və ya 2 trilyon 600 milyard rublu ötüb... Qazaxıstanda sənaye, energetika, nəqliyyat və logistika infrastrukturu sahələrində strateji layihələr uğurla həyata keçirilir".
Rusiya hökumətinin başçısı iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın böyük işini müsbət qiymətləndirib.
Mehman Mehdiyev