Son beş ildə yeniyetmələr arasında doğum əmsalı təxminən 1,5 dəfə artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, 2023-cü ildə reproduktiv yaşda olan qızlar arasında 5094 doğuş qeydə alınıb. Erkən hamiləlik daha çox pandemiya dövrünə təsadüf edib. Yeniyetmələr arasında erkən hamiləlik kənd yerlərində ikiqat artıq müşahidə edilib.
Məsələnin ciddiliyi Qazaxıstan parlamenti səviyyəsində müzakirə edilib. Deputatlar qeyd ediblər ki, yeniyetmələr və onların valideynləri arasında erkən hamiləliyin riskləri, habelə yetkinlik yaşına çatmayanların vəzifələri və hüquqları barədə məlumatlılığın artırılmasına yönəlmiş məlumatlandırma və maarifləndirmə tədbirlərinə təcili başlamaq lazımdır.
Anar Əliyev