Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır

Gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır


"Hər bir ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində, onun müstəqil dövlət kimi möhkəmlənməsində düşünülmüş gənclər siyasəti olduqca mühüm əhəmiyyət kəsb edir. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Anar Məmmədov səsləndirib. O deyib ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi kimi məsələlərdə Heydər Əliyevin irsi əvəzolunmazdır:

"Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biridir. O,vurğulayırdı:“Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”

Anar Məmmədov deyib ki, İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi:

"Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin“Dəmir yumruq”-u ətrafında sıx birləşdilər. Vətən müharibəsi dövründə bizim gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və müharibə zamanı gedən informasiya müharibəsində də Azərbaycan qalib gəldi".

Anar Əliyev
Xəbəri paylaş