"Süni intellekt təkcə texnologiyada deyil, həm də gündəlik həyatda istifadə olunmalıdır. Bunu məktəblərdə inkişaf etdirmək lazımdır. 5 ildən sonra 1 milyon insan süni intellektə yiyələnəcək".
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bunu - Qazaxıstanın baş naziri Oljas Bektenov deyib. O qeyd edib ki, Qazaxıstanda süni intellekt haqqında qanun layihəsi qəbul edilib.
Məlumat üçün qeyd edək ki, bu günlər Almatıda “Digital Almatı - 2025” beynəlxalq rəqəmsal forumu keçirilir. Beynəlxalq Forum artıq 7-ci dəfədir təşkil olunur.
Anar Əliyev