Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Elektrikli avtomobillərə bir sıra güzəştlər ediləcək

Elektrikli avtomobillərə bir sıra güzəştlər ediləcək


Qazaxıstanda elektriklə işləyən avtomobillər sahibləri üçün bir sıra güzəştlər tətbiq edilə bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Jasulan Madiev elektromobillərin dəstəklənməsi və pilotsuz texnologiyaların tətbiqi proqramının hazırlanmasını təklif edib.

Proqram elektromobillər üçün infrastrukturu inkişaf etdirəcək, həmçinin onların satın alınmasının stimullaşdırılması üçün tədbirlər görəcək. Məsələn, parkinq endirimləri və ictimai nəqliyyat zolaqlarından istifadəyə icazə kimi üstünlüklər var. Bundan əlavə, avtonom, yəni sürücüsüz avtomobillər üzərində araşdırmalar aparılır.

Məsələn, Birləşmiş Ərəb Əmirliklərində WeRide və Cruise şirkətlərinə Dubayda sürücüsüz taksiləri sınaqdan keçirməyə icazə verilib ki, bu da nəqliyyatın yerli rəqəmsallaşmasını sürətləndirəcək.

Anar Əliyev
Xəbəri paylaş