
Aktau yaxınlığındakı təyyarə qəzası ilə bağlı ilkin nəticələr yaxın günlərdə açıqlanacaq.
“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.
Onun sözlərinə görə, müxtəlif ölkələrdən olan mütəxəssislərin birgə işi son mərhələdədir.
"Mütəxəssislər səylə çalışırlar. Biz bundan əvvəl də demişdik ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası, Braziliya və ICAO-dan beynəlxalq mütəxəssislər cəlb olunub. Yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc ediləcəyini gözləyirik.
Mütəxəssislərə işlərini tamamlamaq üçün vaxt lazımdır. Bu, zəhmət tələb edən işdir", - o qeyd edib.