Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən il Bosfor boğazından 41 363 gəmi keçib

Ötən il Bosfor boğazından 41 363 gəmi keçib



2024-cü ildə Bosfor Boğazından ümumilikdə 41 min 363 gəmi keçib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, ötən il 15 490 ümumi yük və 8 777 toplu daşıyıcı gəmi Bosfor boğazından istifadə edib.

Yanvar-dekabr ayları arasında keçən 41 363 gəmidən 25 327-nin pilot xidməti aldığı qeyd edilib.

Müəyyən edilib ki, keçən gəmilərdən 88-i 300 metrdən uzun, 1371-i 250-300 metr, 3277-si 200-250 metr, 11110-u 150-200 metr, 15596-sı 100-150 metr, 901-dən kiçik olub.

Ötən il kimyəvi yük daşıyan 2910 tanker Bosfor boğazından keçib.

Ən çox gəmi yükü aprel ayında daşınıb

Mehman Mehdiyev
Xəbəri paylaş