
Türkiyədə sərnişin avtobusu qəza törədib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Sivasda baş verib. Belə ki,
Sivasın Gölova rayonunda avtobusun yük maşınının arxasına çırpması nəticəsində 1 nəfər ölüb, 29 nəfər yaralanıb.
Xəbərdarlıq üzərinə qəza yerinə sağlamlıq, axtarış-xilasetmə, xilasetmə, polis və jandarma qrupları sövq edilib.
Gölova Dövlət Xəstəxanasına aparılan avtobus sürücüsü Aytanı müdaxiləyə baxmayaraq xilas etmək mümkün olmayıb.
Xəsarət alan 29 nəfərə şəhərin müxtəlif xəstəxanalarında tibbi yardım göstərilib.
Mehman Mehdiyev