
Bəşər Əsəd rejiminin devrilməsindən sonra 270 min suriyalı qaçqın öz ölkəsinə qayıdıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) açıqlama yayıb.
Ali Komisarlıq, suriyalı qaçqınların dörddə birindən çoxunun qarşıdakı 12 ay ərzində öz həyatlarını bərpa etmək üçün geri qayıtmağı planlaşdırdıqlarını vurğulayıb.
Geri qayıtmaq üçün ən böyük maneələrin mövcud mənzil və mülkiyyət hüquqları, təhlükəsizlik, əsas xidmətlərə çıxış və iqtisadi çətinliklərlə bağlı narahatlıqların olduğunu qeyd edən Ali Komisarlıq, "qaçqınların 60 faizdan çoxunun geri qayıtmaq üçün yekun qərar vermədən əvvəl Suriyaya səfər etmək istədiklərini vurğulayıb.
Anar Əliyev