
"Ermənistanın baş naziri Nikol Paşinyan neçə gündür ABŞ-da səfərdədir. Bəzi dairələrdə qapı dalında qalmasına rəğmən əl çəkmir. Bunu o öz hakimiyyətini qorumaq üçün etdiyini deyənlər də var. Amma, ABŞ və Avropa ilə əlaqələri inkişaf etdirməklə, Ermənistanı Rusiyanın caynağından birdəfəlik qurtarmaq üçün etdiyi də istisna deyil".
Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Paşinyan ABŞ və Avropa ittifaqının, Azərbaycanla əlaqələrinə də mənfi təsir etməyi unutmur:
"Əslində Paşinyanın yerinə hansı erməni olsa bu belə qiyamətə qədər davam edəcək kimi görünür. Bu baxımdan Azərbaycan hökuməti eyni zamanda həm də Rusiya ilə münasibətləri korlamamalıdır. Baxmayaraq ki, heç vaxt Rusiya bizə səmimi dost ölkə ola bilməyib. Sadəcə olaraq biz bütün dönəmlərdə iki qütb arasında öz geosiyasi maraqlarımızı qoruyub saxlaya bilmişik. Bu siyasət nəticəsində böyük nəticələr də əldə olunub. Hesab edirəm ki, bundan sonra da bu siyasət davam etməlidir. Çünki, Tramp hakimiyyəti Putin hakimiyyəti qədər dəyişkən və güvənilməz ola bilər, ehtimalı var".
Anar Əliyev