
İstanbulun ardınca Ankarada da saxta spirtli içkidən zəhərlənmə və ölüm halları qeydə alınıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, paytaxt Ankarada saxta spirtli içkidən 33 nəfər dünyasını dəyişib.
Bundan başqa 20 nəfər spirtli içkidən zəhərlənərək xəstəxanalarda reanimasiyaya yerləşdirilib.
Paytaxt polisinin saxta spirtli içki istehsalçılarına qarşı həyata keçirdiyi əməliyyat zamanı 102 ton etil və metil spirti ələ keçirilib.
Qeyd edək ki, bu müddət ərzində həm spirtli içkilərin istehsalı, həm də satışı ilə məşğul olan 32 şəxs barəsində tədbir görülüb, 117 nəfər həbs olunub.
Mehman Mehdiyev