
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışdığını bildirib.
Newscenter.az xəbər verir ki, bu barədə ABŞ-nin "New York Post" tabloidi Ağ Ev rəhbərinin özünə istinadən məlumat yayıb.
“Prezident Tramp Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, Ukrayna ilə müharibəyə son qoymaq üçün danışıqlar aparıb”, - nəşr yazır.
“Mən susmağı üstün tuturam”, - nəşr onun sözlərindən sitat gətirib.
Ağ Ev rəhbəri bir daha Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirmək üçün konkret planı olduğunu vurğulayıb, ancaq heç bir təfərrüat açıqlamayıb.(report)