Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək

Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək


"Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin son müsahibəsində deyib ki, Rusiya Qərbin Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirmək planlarını rədd edir. “Biz bölgəni xaosdan qorumaq və onu əməkdaşlıq və tərəqqi zonasına çevirmək üçün əlimizdən gələni edəcəyik” deyən Qaluzin bunun Rusiyanın köklü marağına cavab verdiyini vurğulayıb. Biz isə tam əksini müşahidə edirik".

Newscenter.az xəbər verir ki, bunları politoloq Elxan Şahinoğlu deyib O bildirib ki, Rusiya Azərbaycanla münasibətləri gərginləşdirməklə özü bölgədə xaos yaradır:

"Kremlin Cənubi Qafqazın aparıcı dövləti ilə münasibətləri gərginləşdirməsi, mövcud vəziyyətdən çıxış yolları axtarmaması düşünülmüş planın tərkib hissəsinə oxşamağa başlayıb. Rusiya Prezidenti Vladimir Putin gərginliyə anında son verə bilər, ancaq görünür, o bunu istəmir. Türkiyə bir neçə il əvvəl onun hava sərhədini pozan Rusiyanın hərbi təyyarəsini vurduqdan sonra iki dövlət bir müddət küsülü qaldı. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarına üzrxahlıq məktubu göndərdi və iki dövlət arasında normallaşma bərpa olundu. İndi eynisini Putin Azərbaycana münasibətdə eləmək istəmir. Belə olan halda Putin Azərbaycana qarşı təzyiq siyasətinə üstünlük verəcək, bu proses artıq qara təbliğat vasitəsilə başlayıb. Rəsmi Bakı bunu cavabsız qoymayaraq adekvat addımlar atır. Rusiya Prezidenti Böyük Vətən müharibəsinin bitməsinin 80 illiyi ilə bağlı 9 mayda Moskvada keçiriləcək tədbirə Ermənistanın baş naziri Nikol Paşinyanı dəvət edib. Rusiyaya tərəfdaş olan ölkələrin liderlərinin bir qismi də dəvətlidir. Münasibətlərin indiki vəziyyətində Azərbaycan Prezidentinin tədbirdə iştirakı mümkün deyil".

Anar Əliyev
Xəbəri paylaş