Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünyada Türkiyəni müttəfiq kimi görənlərin sayı artır

Dünyada Türkiyəni müttəfiq kimi görənlərin sayı artır


Almaniyada yerləşən Münhen Təhlükəsizlik Konfransının hazırladığı 2025-ci il hesabatında bir çox ölkədə aparılan sorğulardan istifadə edilərək, artan beynəlxalq təsirlə paralel olaraq Türkiyəyə baxışın da müsbət istiqamətdə dəyişdiyi vurğulanıb.

Newscenter.az sözügedən hesabata istinadən bildirir ki, dünyada Türkiyəni müttəfiq kimi görənlərin faizi sürətlə artır

Hesabatı 2025 müdafiə və xarici siyasət məsələlərinin müzakirə olunacağı 61-ci Münhen Təhlükəsizlik Konfransı ərəfəsində “Çoxqütblülük” başlığı ilə dərc edilib.

Hesabat üçün sorğular Almaniya, ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Braziliya, Yaponiya, Kanada, Hindistan, Çin və Cənubi Afrikada da aparılıb.

Əksəriyyəti qərbli olan sorğularda baxışların ən müsbət dəyişdiyi ölkələr Türkiyə, Cənubi Koreya, Polşa və Böyük Britaniya olub.

Hesabata görə, Fransadan başqa sorğunun keçirildiyi bütün ölkələrdə Türkiyəni “müttəfiq” kimi görənlərin nisbəti onu “təhdid” kimi görənlərdən daha yüksəkdir.

Anar Əliyev
Xəbəri paylaş