
Milli Məclisin deputatı Mahir Süleymanlı fevralın 12-də Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüş keçirib.

Newscenter.az xəbər verir ki, sakinlərin müraciətləri əsasən sosial rifah, məşğulluq, infrastrukturun yenilənməsi, su və qaz təchizatı ilə bağlı olub.

Millət vəkili hər bir vətəndaşı diqqətlə dinləyib, onların qaldırdığı məsələlərin operativ həlli üçün dərhal müvafiq addımlar atıb. Yerində həlli mümkün olan problemlər aradan qaldırılıb digər müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün nəzarətə götürülüb.

Süleyman