
Türkiyədə toyuq əti istehsalı 2024-cü ildə bir əvvəlki ilə görə 7,9 faiz artaraq 2 milyon 512 min 131 tona çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, ötən il 21 milyard 155 milyon 89 min ədəd toyuq yumurtası istehsal edilib. İstehsal əvvəlki illə müqayisədə 2,5 faiz artıb.
Ötən il Türkiyədə 1 milyard 367 milyon 772 min toyuq kəsilib. 2023-cü illə müqayisədə kəsilən toyuqların sayı 7,7 faiz artıb.
Toyuq yumurtası istehsalı keçən ilin dekabr ayında illik bazda yüzdə 9 azalaraq 1 milyard 687 milyon 940 min ədəd olub.
2024-cü ilin dekabr ayında kəsilən toyuqların sayı 14,9 faiz artaraq 125 milyon 106 min başa çatıb.
Mehman Mehdiyev