
Dünyanın ən böyük dəniz məhsulları şirkətlərindən biri olan Mowi, Norveç sahillərindəki bir fermadan qaçan təxminən 27.000 qızılbalıq üçün mükafat təqdim edəcəyini açıqlayıb.
Newscenter.az Röyters-ə istinadən bildirir ki, şirkət tutulan hər balıq üçün 500 Norveç tacı məbləğində mükafat təqdim edəcək. Vəziyyət kampaniyaçılar tərəfindən "vəhşi qızılbalıq üçün fəlakət" kimi təsvir edilmişdir.
Qaçan balığın orta çəkisinin 5,5 kiloqram olduğu bildirilir.
Norveç Balıqçılıq İdarəsi hadisədən sonra balığın geri qaytarılması üçün səylərin genişləndirilməsi barədə göstəriş verib. Normalda, balıq yetişdiricilərinə yalnız fermanın 500 metrliyində qanunsuz balıq toplamağa icazə verilirdi.
Mehman Mehdiyev