
2025-ci il fevralın 1-i Dövlət Sosial Sığorta Fondundan iş yerinin itirilməsi ilə əlaqədar sosial müavinət alanların sayı 106 min nəfər təşkil edib.
Newscenter.az xəbər verir ki, bu barədə Qazaxıstanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu il eyni zamanda, bu il 31,2 min nəfərə ödəniş edilib. Ödənişlərin ümumi məbləği 9,4 milyard tenge olub.
Mövcud qanunvericiliyə uyğun olaraq, işdən çıxarılan işçilər məcburi sosial sığorta sistemində iştirak stajından və son 24 ayda əldə etdikləri gəlirdən asılı olaraq 1 aydan 6 aya qədər işini itirməyə görə sosial müavinət alırlar. Ödəniş itirilmiş gəlirin 45%-ə qədəri məbləğində Sosial Sığorta Fondundan həyata keçirilir.
Mehman Mehdiyev