
Türkiyənin paytaxtı Ankaranın ixracatı 2024-cü ildə 15 milyard dollara çatıb.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, Ankaradan keçən il ixracat 2023-cü ilə nisbətən 16,8 faiz artıb.
Türkiyənin keçən il ixracatı 261,9 milyard dollarla Cümhuriyyət rekordunu qırarkən, paytaxtın ixracı da diqqətəlayiq səviyyələrə çatıb.
Bu çərçivədə 2020-ci ildə Ankaradan 7 milyard 960 milyon dollar ixrac edildiyi halda, 2021-ci ildə bu məbləğ 9 milyard 496 milyon dollara yüksəlib.
Paytaxtın ixracı 2022-ci ildə 12 milyard 4 milyon dollara yüksəlib, 2023-cü ildə isə 12 milyard 824 milyon dollara çatıb.
Mehman Mehdiyev