
Ötən il Türkiyədə axtarışda olan 197 940 şübhəli yaxalanıb.
Newscenter.az xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Yerlikaya bildirib ki, 2024-cü ildə axtarışda olan və barələrində həbs qərarı çıxarılan şəxslərə qarşı keçirilən əməliyyat tədbirləri nəticəsində 195 min 790 nəfər saxlanılıb.
Nazir Yerlikaya, "Axtarılan və ədalətdən qaçmağa çalışanların əllərini sallayaraq küçələrimizdə gəzməsinə əsla icazə verməyəcəyik. Gec-tez onları yaxalayacağıq. Bizdən qaçış yoxdur",-deyə vurğulayıb.
Mehman Mehdiyev