
Qazaxıstanın Pavlodar Vilayətində qocalar evinin sakinlərinə işgəncə verilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə yerli prokurorluq məlumat yayıb.
Bildirilib ki, yerli büdcədən maliyyələşən pansionatlardan birində qocalara qarşı qəddarlıq edilib.
Müəssisədə çəkilmiş videogörüntülərin öyrənilməsi zamanı dəhşətli faktlar üzə çıxıb. Belə ki, pansionatın əməkdaşları uzun müddətdir ki, iki köməksiz qocaya qarşı sistemli şəkildə kobudluq və zorakılıq ediblər.
Zərərçəkənlərdən birinin 84 yaşı var. Onları daim döyüb, qollarını burub, qışın soyuğunda üst geyimsiz həyətdə saxlayırdılar.
Faktla bağlı Aksu şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 110-cu maddəsinin 2-ci hissəsi olan “İşgəncə” ilə ibtidai istintaq başlanıb.
Anar Əliyev