
Qazaxıstan internet sürətinə görə dünya ölkələr arasında reytinqdə 88-ci yerdə qərarlaşıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildiirr ki, Qazaxıstanı intermet baxımından təkcə inkişaf etmiş ölkələr deyil, həm də iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəif olan dövlətlər qabaqlayıb.
Rusiya 66, Ukrayna 72, Özbəkistan 74, Belarus 78, Monqolustan 86, Qırğızıstan 87-ci yerlə Qazaxıstandan daha yüksək pillələrdə qərarlaşıb.
Qeyd edək ki, internet sürətinə görə ilk on ölkə siyahısına Sinqapur, Honq-Konq, BƏƏ, Fransa, Çili, ABŞ, İslandiya, Danimarka, İspaniya və İsveçrə daxildir.
Anar Əliyev