Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qərbə qalib gəldi

Rusiya Qərbə qalib gəldi


"Fakt budur ki, Ukrayna müharibəsində Rusiya Qərbə qalib gəldi".

Newscenter.az xəbər verir ki, bunu politoloq Zeynal Əmərliyev deyib. O bildirib ki, Qərb Ukraynanı vaxtilə Rusiya qarşında gücləndirmək əvəzinə onu Putinə yem etdi:

"Rusiyaya lazım olan Krım idi, aldı. Ukraynanın şərqi idi, onu da aldı. Rusiya dağılır, ABŞ onu dağıdacaq kimi nağıllarla ömrümüzü yedilər. Nə qədər ki, Qərbdə Tramp, Makron və Şolz kimi siyasətçilər var, Rusiya nəinki dağılacaq, daha da güclənəcək. Putin bu 20 ildə Obamanı, Trampı, Baydeni də Kremlin qülləsinə doladı. Öz ərazisindəki azsaylı xalqları da müharibədə qırdırdı, sayını azaltdı, rusların xeyrinə demoqrafiq vəziyyəti düzəltdi. Bizə Qərbdən filan ümid yoxdur, Rusiya və İran kimi vəhşi yırtıcıların ortasında olan ölkə dünyanın ən güclü ölkəsi olmalıdır".

Anar Əliyev
Xəbəri paylaş