
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev kadr islahatları həyata keçirib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, dövlət başçısı Bolat Akşolakovu müşavir vəzifəsindən azad edərək, bu vəzifəyə Maqzum Mirzaqaliyevi təyin edib.
Qeyd edək ki, Mirzəqaliyev keçmiş energetika naziri olub. O, “KazMunayQaz” SC-nin İdarə Heyətinin sədri, “Kazenerji” sənaye birliyinin rəhbəridir. Mirzaqaliev əvvəllər də ölkə prezidentinin müşaviri vəzifəsində çalışıb.
Bundan əlavə, bu gün Qazaxıstan prezidentinin sərəncamı ilə Rüstəm Axatxanoviç Bayaliyev Qazaxıstan Respublikası Prezidentinin Administrasiyasının Regional İnkişafın Monitorinqi şöbəsinin müdiri təyin edilib.
Anar Əliyev