
Yanvar ayında Azərbaycanda ÜDM 0,9% azalıb. Bu, əlbəttə, arzuolunan hal deyil. Amma bu tendensiyanın davamlı olacağını söyləmək də doğru olmaz.
Newscenter.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, ilin əvvəlində ÜDM-in azalması bir çox mövsümi və texniki faktorlarla izah oluna bilər:
"Məsələn, dövlət xərclərinin və investisiyaların ilin ilk aylarında ləng başlaması, bizneslərin yeni investisiya qərarlarını ilin ilk rüblərində ehtiyatla verməsi, ticarət və xidmət sektorunda dekabr ayında pik həddə çatan istehlakın yanvarda azalması, tikinti və kənd təsərrüfatı kimi sahələrin mövsümi səbəblərlə passiv olması və digər səbəblərdən qaynaqlana bilər".
İqtisadçı iqtisadiyyatın əsas sektorlarda canlanma və dövlət investisiyalarının sürətlənməsi ilə ilin sonrakı aylarında artım bərpa olunacağına şübhə etmi:
"Amma bütün hallarda 0,9%-lik azalma cidd siqnal olaraq qəbul edilməliidir. Ən azı ona görə ki, 2024-cü ilin yanvar ayında ÜDM əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5 faiz artmışdır".
Anar Əliyev