
Astronomlar “2024 YR4” adlı asteroidin dünya üçün potensial təhlükə yaratdığını açıqlayıblar.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, hesablamalara görə, bu göy cismi təkcə Yer üçün deyil, Ay üçün də təhlükə yaradır.
Arizona Universitetinin Catalina Səma Tədqiqat Mərkəzindən David Rankin "2024 YR4-ün Yerə dəymə ehtimalı 2 faizdən bir qədər çoxdur" deyə sosial media platformasında yazıb.
Rankinin hesablamalarına görə, 2032-ci il dekabrın 22-də Əyilmiş Qüllə böyüklüyündə olan bu asteroidin Yerlə toqquşma ehtimalı 48-də birdir.
Alimlərin fikrincə, bu göy cismi Yerə dəysə, 8 meqatonluq partlayış baş verəcək. Bu, Xirosimaya atılan atom bombasından 343 dəfə çox dağıdıcıdır. Partlayış Vaşinqton qədər böyük bir ərazini məhv edə bilər.
Mehman Mehdiyev