Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keçən ay 112 min ev satılıb

Keçən ay 112 min ev satılıb


Türkiyə daxilində mənzil satışlarının sayı yanvar ayında keçən ilin eyni ayına görə 39,7 faiz artaraq 112 min 173-ə çatıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən bildirir ki, ən çox ev satışı olan şəhərlər 18 912 ilə İstanbul, 10 158 ilə Ankara və 6 634 ilə İzmir, ən az satılan şəhərlər isə 39 ilə Ardahan, 62 ilə Bayburt və 80 ilə Tunceli olub.

Türkiyə daxilində ipotekalı ev satışları yanvar ayında bir əvvəlki ilin eyni ayına görə 182,8 faiz artaraq 16 726 ədədə çatıb. İpoteka ilə satışların ümumi mənzil satışlarında xüsusi çəkisi 14,9 faiz təşkil edib. Yanvarda 3856 ipoteka evi birinci əldən satılıb.

Birinci əldən mənzil satışının sayı isə 32 785 ədəd olub

Türkiyədə birinci əldən mənzil satışlarının sayı yanvar ayında bir əvvəlki ilin eyni ayına görə 29,8 faiz artaraq 32 min 785-ə çatıb. İlkin mənzil satışının ümumi mənzil satışlarında payı 29,2 faiz təşkil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş