
1961 - ci ildə prezident Con Kennedinin sərəncamı ilə ABŞ - nin mülki xarici yardımlarını idarə etmək məqsədi ilə yaradılmış təşkilatdır. Bu qurumun sədri və müavinləri Senatın razılığı ilə ABŞ prezidenti tərəfindən təyin edilsə də USAİD bir çox qərarların qəbul edilməsin də müstəqildir idi. Ancaq zaman keçdikcə USAİD ayırdığı maliyyə yardımları ilə dünyada ABŞ - nin agent şəbəkəsini formalaşdırmağa başladı. USAİD ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi ilə sıx əməkdaşlıq içindədir. MKİ - nin əməkdaşları öz fəaliyyətlərini icra etmək üçün bir çox halda məhz USAİD əməkdaşı kimi fəaliyyət göstərir. 27 milyard dollar büdcəsi olan bu qurum ABŞ - nin ən çox korupsiya qalmaqalına məruz qalan idarəsidir. Müxtəlif ölkələrdə ictimai institutlara yardım adı altında hər il milyonlarla dollar vəsait mənimsənilir ki, bu da zaman - zaman ABŞ - nin özündə qalmaqallara səbəb olur.
Bir zamanlar böyük ümidlərlə yaradılmış bu qurum hazırda müxtəlif şəxslərin korrupsiya yuvasına çevrilmiş. Yeni prezident Donald Trampın USAİD barəsində verdiyi açıqlamalar da bunu sübut edir. Təşkilatın dünya üzərində həyata keçirdiyi lahiyyələr də böyük qalmaqallara səbəb olmuşdu. Məsələn, Corc Buşun zamanında İraqın yenidən qurulması üçün 600 milyon dollarlıq müqavilə üçün təklif vermək üçün seçilmiş 5 icraçı tərəfdaşın hamısının hökumətlə sıx əlaqəsinin olduğu üzə çıxmışdı. Bu vəsaitin böyük qismi yenidən USAİD rəhbərliyinə çatdırılmışdır. 2005 - ci ildə isə bu qurum Brazilya Konqresində paryadaxili sədaqətsizliyi cəzalandıran qanunun qəbul edilməsinə yönəlmiş islahatları dəstəkləmək üçün seminarlar təşkil etmiş və buna 95 min dollar vəsait xərcləmişdir.
Bundan başqa USAİD öz fəaliyyətinə uyğun olmayan şəkildə Braziliyanın daxili işlərinə müdaxilə edərək ABŞ tərəfdarı sağ partiyaların dəstəklənməsi siyasətini həyata keçirmişdir. O zaman USAİD - din Brazilyadakı üzdəniraq fəaliyyəti ölkənin ən böyük qəzeti olan Folha de S.Paulo - da geniş şəkildə işıqlandırılmışdır. 2024 - cü maliyyə ilində USAİD lahiyyeləri üçün 36 milyard dollar vəsait ayrılmışdır. Təkcə 9 ildə ümumilikdə USAİD xətti ilə 335 milyard dollar xərclənmişdir. Bunların əksəriyyətinin göstərilən lahiyyələrə xərclənmədiyi məlumdur. USAİD - in Cənubi Qafqazda əsas əməkdaşlıq etdiyi ölkə Ermənistandır. Müxtəlif humanitar lahiyyərə dəstək adı ilə İrəvana bu təşkilat vasitəsi ilə xeyli sayda vəsait göndərilmişdir. Ancaq elə Ermənistan mediası bu pulların böyük hissəsinin korrupsiya əməliyyatlarına qurban getdiyi barədə silsilə materiallar dərc etmişdir. Vəsaitlərin çox böyük hissəsi isə şübhəsiz ki, qeyri - rəsmi formada Ermənistanın silahlanmasına xərclənmişdir.
Ağ Evin USAID-in dünya üzrə maliyyələşdirdiyi bəzi layihələr haqqında məlumatında bildirilib ki, bura Əfqanıstanda irriqasiya kanallarının yaradılması və gübrənin alınması daxildir və bu sistem narkotik istehsalında daha çox istifadə olunub. Eləcə də, “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, Kolumbiyada transgender operası, Peruda transgender komiksləri, İrlandiyada LGBT myuzikl, Serbiyada işçi kollektivlərdə və işgüzar dairələrdə bərabərliyin və inklüzivliyin irəliləməsi bura daxildir. Qvatemallada cinsin dəyişdirilməsi və LGBT fəallığa 2 milyon dollar da daxildir. Agentlik "Əl-Qaidə"nin gələcək lideri Ənvər əl-Əvlakinin kollec təhsili xərclərini ödəyib. Amerikalı jurnalistlər “X” sosial şəbəkəsində ödəniş qəbzinin fotosunu paylaşıblar. Qeyd olunub ki, həmin şəxs Amerika kəşfiyyat orqanları tərəfindən 2001-ci il sentyabrın 11-də törədilən terror aktlarında, eləcə də 2000-ci illərin ikinci yarısında bir sıra hücumlarda iştirakda şübhəli bilinib. Terrorçu 2011-ci il sentyabrın 30-da Yəməndə ABŞ-nin pilotsuz təyyarəsinin endirdiyi zərbə nəticəsində öldürülüb. Bu məlumatlardan görünür ki, USAİD öz fəaliyyət proqramına keçərək faktiki ABŞ - nin dövlət maraqlarına qarşı çıxmışdır. Həmçinin müxtəlif ölkələrdə daxili siyasi vəziyyəti gərginləşdirəcək lahiyyələrin maliyyələşdirilməsi də təşkilatın əsas qayəsi olmuşdur.
USAID xüsusilə də Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilib. Məhz bundan sonra Azərbaycana qarşı çirkli oyun başlamış, Azərbaycanın anti - demokratik, Ermənistanın isə demokratik ölkə olaraq dünyaya tanıdılması istiqamətində addımlar atılmışdır. Ölkəmiz haqqında təhrif edilmiş, həqiqətə uyğun olmayan məlumatların yayılmasında yerli mediya qurumlarında da geniş şəkildə istifadə edilmişdir. USAID-in fəaliyyət mexanizmi ölkələrdə mediaları ələ almaq, bu alınmadıqda, özünün “müstəqil medialarını” yaratmaq idi. Azərbaycanda Meydan TV, Abzas, Toplum TV və bu kimi mediya qurumları ilə bu məsələlərlə bağlı əməkdaşlıq edilmiş, dezinformaiya və qarayaxma əməliyyatında onlardan geniş şəkildə istifadə edilmişdir. İnformasiya diversantlarının hazırlanması üçün xüsusi institutların yaradılmasını da qeyd etmək olar. Buna nümunə kimi Cənubi Qafqazda GİPA, “Internews” və digərlərini göstərə bilərik. 2023-2024-cü illərdə USAID BBC-nin ikinci ən böyük donoru olub və ona 2,613 milyon avro köçürüb. Bunun özü BBC-nin ölkəmizdə mühakimə olunan Ruben Vardanyanı niyə bu qədər fəal şəkildə dəstəklədiyinə aydınlıq gətirir. Bütün bu baş verənlər, USAİD - in dünya miqyasında xoş olmayan fəaliyyəti və Azərbaycana qarşı düşmən münasibəti onun ölkəmizdə fəaliyyətini mümkünsüz etmişdir.
Zeynal Əmrəliyev, politoloq