
Türkiyənin paytaxtı Ankarada saxta spirtli içkilər 54 nəfərin ölümünə səbəb olub.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hazırda 40 nəfərin isə reanimasiyada müalicəsi davam edir.
Ankara Baş Prokurorluğu tərəfindən saxta spirtli içki istehsal edən və ticarəti ilə məşğul olan şəxslərə qarşı araşdırmalar davam edir.
Bu çərçivədə Ankara Respublika Prokurorluğu tərəfindən "qaçaqmalçılıq" və "mümkün qəsdlə ölümə səbəb olma" cinayətləri ilə bağlı açılan istintaq fayllarına Tibb Qurumunun toksikoloji hesabatları əlavə edilib.
Bu çərçivədə aparılan araşdırmalar nəticəsində 28 şübhəlinin həbs olunduğu, 25 nəfərin isə məhkəmə nəzarəti ilə sərbəst buraxıldığı bildirilir.
Mehman Mehdiyev