
Ədalət Partiyasının sədri İlyas İsmayılov dünyasını dəyişib.
Bu barədə News24.az-a İlyas İsmayılovun yaxınları məlumat verib.
İ.İsmayılov uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, o, Mərkəzi Klinikada müalicə alırdı.
İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. O, Milli Məclisin III və IV çağırış deputatı olub.
İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edirdi.