Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

NATO-nun bir qurum kimi yeni siyasi nizamda mövcudluğu formal olacaq

NATO-nun bir qurum kimi yeni siyasi nizamda mövcudluğu formal olacaq


"Münhen Təhlükəsizlik Konfransında Volodimir Zelenskinin çıxışı bir çox suallara aydınlıq gətirdi. Birinci, V. Zelenski ABŞ-ın təhlükəsizlik təminatlarına inanmadığını vurğuladı. Bu da ABŞ və Rusiya arasında hər hansı bir razılaşmaya Kiyevin qoşulmayacağı mesajıdır".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O deyib ki, Ukrayna lideri Avropanın özünün orduya sahib olmasını önə çəkdi:

"Bununla da NATO-nun Avropanın təhlükəsizliyinə təminat vermədiyini ortaya qoydu. Demək, NATO-nun bir qurum kimi yeni siyasi nizamda mövcudluğu formal olacaq.
Artıq ABŞ-ın vaxtı ilə qurduğu Şimali Atlantika Alyansı öz mövcudluğunu qoruyub saxlaya bilməyəcək. Avropa İttifaqının təzyiqləri və Ukrayna prezidentinin prinsipial mövqeyi nəticəsində D. Tramp Kiyevin danışıqlarda iştirakına razı olub".

Politoloq qeyd edib ki, Avropanın özünün ordusunu yaratması ideyası Fransa prezidenti E. Makrona məxsusdur:

"Məhz V. Zelenskinin bu çıxışından sonra, E. Makron Avropa liderlərini Parisə dəvət edib. Bu görüşdə Avropa ordusunun yaradılması istiqamətində qərar verilə bilər. Həmçinin Avropa ölkələri Ukraynaya siyasi, hərbi və maliyyə dəstəyini artıracaqlar".

Süleyman
Xəbəri paylaş