Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Poliklinika, avtosalon, yoxsa avtodayanacaq?

Poliklinika, avtosalon, yoxsa avtodayanacaq?


Gündəlik olaraq dövrü mətbuatdan yol nəqliyyat hadisələri ilə bağlı məlumatları izləyirik. Dövlət Yol Polis Xidmətinin əməkdaşları qanun pozuntularına yol verən sürücülərə qarşı operativ reydlər keçirərək vəzifələrini icra etdikləri üçün onlara minnətdarıq.

Əfuslar olsun ki, Sumqayıt şəhəri, 40-cı məhəllə ərazisində yerləşən 1 №-li, şəhər xəstəxanasının poliklinika şöbəsinin qarşısı poliklinikadan çox maşın bazarını xatırladır.

Bununl əlaqədar Sumqayıt şəhər sakinləri adından Newscenter.az-a müraciət edən Aqil Osmanov qeyd edir ki, poliklina ərazisinə qanunsuz daxil olan avtomobillərin əlindən təngə gəliblər:

"Poliklinaka ərazisinin bir hissəsini poliklinaknın həkimləri zəbt edərək şəxsi avtomobillərini saxlayırlar. Digər hissəsini isə yoldan keçən sürücülər özləri üçün parkovka yerinə çevrilibdir. Poliklinanın 2 girişindən birində maneə baryeri (şlakbaum) olsa da, digər girişindəki maneə (şlakbaum) naməlum şəxslər tərəfndən sökülüb. Buna görə də istənilən sürücü poliklinika ərasinə daxil olub hətta qapının ağzında maşınlarını rahat parkovka edirlər. Bu da öz növbəsində poliklinkaya gələn sakinlərin təhlükəsizliyinə ciddi maneə yaradır. Poliklinikanın rəhbərliyi o avtomobilləri niyə görmür ?!".

Şikayət müəllifi problemlə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, daxili işlər naziri Vilayət Eyvazova, Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə, Baş nazir Əli Əsədova, Milli Məclisinin sədri Sahibə Qafarovaya, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə, İnsan Hüquqları üzrə müvəkkil Səbinə Əliyevaya və TƏBİB-in icraçı direktoru Vüqar Bayramova müraciət edib:

"Xahiş edirik sakinlərin poliklinika ərazisinə qanunsuz daxil olan avtomobil sürücüləri barəsində tədbir görməklə yanaşı avtomobillərin səhiyyə müəssisəi ərazisinə daxil olmasını əngəlləmək üçün poliklinikanın digər girişindən sökülmüş maneənin (şlakbaum) bərpa olunması üçün tədbir görəsiniz".

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Süleyman
Xəbəri paylaş