
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yeni mətbuat katibi təyin olunub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu vəzifə Ruslan Jeldibaya həvalə edilib.
Dövlət başçısının sərəncamı ilə Ruslan Sultanoviç Jeldibay Qazaxıstan Respublikası Prezidentinin müşaviri - Prezidentin mətbuat katibi vəzifəsinə təyinat alıb.
O, əvvəllər Qazaxıstan prezidentinin daxili siyasət məsələləri və kommunikasiyalar üzrə köməkçisi vəzifəsini tutub.
Anar Əliyev