
Yunanıstanın Egeydəki Yunan adalarında seysmik aktivliyə görə fövqəladə vəziyyətdə gəmiləri istifadə etməsi üçün Santorini adasında xüsusi liman inşa etməyi nəzərdə tutub.
Newscenter.az-ın xəbərinə görə, Yunanıstanın iqlim böhranı və mülki müdafiə naziri Vasilis Kikilias ANT1 televiziya kanalına deyib ki, yaxın gələcəkdə və ya uzunmüddətli perspektivdə böyük zəlzələ baş verərsə, Santorini xalqı sahilyanı ərazilərdən uzaqlaşaraq yüksək yerlərə köçməlidir.
Kikilias qeyd edib ki, baş nazir Kiriakos Mitsotakis ilə görüşdükdən sonra Yunanıstan Silahlı Qüvvələri ilə əməkdaşlıq çərçivəsində adada artıq tikilmiş böyük limana əlavə olaraq, zəlzələ zamanı istifadə olunacaq xüsusi liman tikmək qərarına gəliblər.
Egeydə çoxlu sualtı vulkanik ərazilərin olduğunu bildirən Kikilias bölgədəki son maqma hərəkətlərinin də mütəxəssislər tərəfindən izləndiyini bildirib.
Anar Əliyev