
Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə səfərə gəlib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.
Zelenski və onun rəhbərlik etdiyi nümayəndə heyətini daşıyan təyyarə saat 21:08-də Ankara Esenboğa hava limanına enib.
Zelenski hava limanında rəsmi şəxslər tərəfindən qarşılanıb.
Türkiyə lideri ukraynalı həmkarını sabah Ankaradakı Prezident Kompleksində qəbul edəcək.
Süleyman