
İnternet flrıldaqçılığı ilə məşğul olan transmilli erməni cinayətkar dəstə zərərsizləşdirilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Departamentinin və Ermənistan İstintaq Komitəsinin Xüsusi Mühüm İşlərin Araşdırılması Baş İdarəsinin əməkdaşları fırıldaqçılıqla məşğul olan erməni cinayətkar dəstənin üzrə zəng mərkəzinin fəaliyyətini dayandırıblar.
Belə ki, İrəvanda qazaxıstanlıları zənginləşdirməyə söz verən cinayətkar qrup həbs edilib. Onlar ünsiyyət vasitələri ilə onların etibarını qazanaraq qurbanları onlayn aldadıb şirnikləndiriblər.
Qazaxıstan və Avropa ölkələrinin vətəndaşlarını aldadan transmilli cinayətkar qrupun üzvləri və təşkilatçıları saxlanılıb.
Məlumata görə, internet fırıldaqçıları zərərçəkmişlərə "böyük investisiya şirkətlərinə" pul yatırmağı təklif ediblər. Axtarış zamanı 70-dən çox kompüter avadanlığı, bir kiloqrama yaxın qızıl, 5 avtomobil, 30 min ABŞ dolları, Rusiya rublu, 1 gürcü valyutası, "Zbay" pulu, 1 ədəd kriptovalyuta müsadirə edilib
Anar Əliyev