Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır

Uşaq evlərinin 247 sakini paytaxt məktəblərində təhsil alır



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərində paytaxtdakı uşaq evlərinin 247 sakini təhsil alır. Onlar 1 saylı Uşaq evi sosial xidmət müəssiəsi, 2 saylı Uşaq evi sosial xidmət müəssiəsi, 3 saylı Uşaq evi sosial xidmət müəssiəsi, "Təmiz Dünya" və “Ümid yeri” uşaq sığınacaqlarında məskunlaşan uşaqlardan ibarətdir.

Newscenter.az xəbər verir ki, həmin uşaqlar məktəblərdə digər uşaqlarla səmimi ünsiyyət qurur və təhsil mühitinə uğurla adaptasiya olunur, cəmiyyətin bir hissəsi kimi formalaşırlar. Bu prosesə təkan vermək üçün vaxtaşırı olaraq BŞTİ tərəfindən həmin uşaqlarla görüşlər keçirilir.

Uşaq evləri sakinlərinin məktəbə adaptasiya vəziyyəti ilə maraqlanmaq, onların motivasiyasını gücləndirmək və cəmiyyətə inteqrasiyasını dəstəkləmək məqsədilə keçirilən görüşlər zamanı uşaqları maraqlandıran suallar cavablandırılır, onlara hədiyyələr verilir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş