Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Rusiyaya biabırçı məğlubiyyətdən qurtarmaq imkanı verdi

ABŞ Rusiyaya biabırçı məğlubiyyətdən qurtarmaq imkanı verdi


"İndi daha aydın görünür ki, ABŞ Ukraynaya verdiyi dəstəklə, heç də Ukraynanı Rusiyanın işğalından qurtarmaq niyyətində olmayıb. Əksinə öz çirkin planlarını Rusiyaya qəbul etdirmək üçün Ukrayna dövlətinin və ukraynalıların oyuna gətirilməsini təmin edib".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bu, ABŞ-ın atdığı addımlardan indi daha aydın görünür:

"Rusiyanı Çinə, həmçinin lazım gələrsə Avropa ölkələrinə qarşı istifadə etmək niyyətində olan ABŞ, Trampın prezidentlik dönəmini gözlədi və sadəcə proseslərin ikinci mərhələsinə start verdi. Bəs Rusiya bunu necə qəbul edəcək? Əslində Rusiya üçün qəbul etməmək kimi şans qalmayıb desək, daha doğru olar. Həqiqətən də Rusiyanın hazırkı siyasi və iqtisadi durumu onu deməyə əsas verir ki, boğulmaqda olan Rusiyaya ABŞ-ın verdiyi yeni şans, yəni indiki danışıqlar prosesi, ona nəfəslik rolunu oynadı və Rusiyaya sonu biyabırçı məğlubiyyətdən qurtarmaq imkanı verdi".

Ekspert deyib ki, Rusiya ABŞ-la əsas məsələlərdə razılaşaraq danışıqlar prosesini davam edəcək:

"Ukrayna prezidenti Zelenski ABŞ-ın bu istiqamətdə yürütdüyü siyasətə qarşı çıxarsa, legitimliyini itirəcək və yaxın gələcəkdə Rusiya-Ukrayna danışıqlar masasında onu bir başqası əvəz edə bilər".

Anar Əliyev
Xəbəri paylaş